Bakı. Trend:
2025-ci ildə Türkiyədən Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 193,2 milyon ABŞ dolları təşkil edib.
Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüildəki göstərici ilə müqayisədə 17,3 milyon ABŞ dolları və ya 9,8%çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pulköçürmələrində Türkiyənin payı 16,4% təşkil edib. Bununla daTürkiyə Azərbaycana ən çox pul köçürülən ölkələr siyahısındaRusiyadan sonra ikinci pillədə qərarlaşıb.
Həmçinin 2025-ci ildə Azərbaycandan Türkiyəyə fiziki şəxslərinpul köçürmələrinin həcmi 145,7 milyon ABŞ dolları olub ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 6,1 milyon ABŞ dolları vəya 4% azalma deməkdir.
Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrindəTürkiyənin payı 28,9% təşkil edib. Bu göstərici ilə TürkiyəAzərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında ilk yerdəqərarlaşıb.
2024-cü ildə Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pulköçürmələrinin həcmi 151,8 milyon ABŞ dolları, əks istiqamətdə isə175,9 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.