Moskva vilayətinin Solneçnoqorsk şəhərində (Rusiya) böyük "Stroyray" tikinti bazarında yanğın baş verib.
Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, yanğın ticarət sıralarında başlayıb.
Hadisə yerinə 42 nəfər və 15 texnika cəlb edilib. Yanğının sahəsi və zərərçəkənlər barədə hələ ki məlumat yoxdur.