AZ

İsraildə qalan müğənni ölkəsinə qayıda bilmir

Rusiyalı müğənni Andrey Makareviç Yaxın Şərqdəki hərbi münaqişə başlamazdan əvvəl İsraili tərk edə bilməyib. 

Azreform.info Axşam.az-a istinadla xəbər verir ki, ifaçı indi evindəki pilləkənlərin altında gizlənməyə məcburdur. Bu haqda "Shot" teleqram kanalı məlumat yayıb. Onun konsertləri də ləğv edilib.

Bildirilir ki, Makareviç artıq martda planlaşdırılan Kiprdəki konsertinin vaxtını dəyişib. Belə ki, onun çıxışı noyabrda olacaq. Sənətçinin digər konsertləri  və xarici səfərləri də ləğv edilib.

Musiqiçi hazırda İranın pilotsuz təyyarələrinin hücumlarının ən çox baş verdiyi yerlər olan Tel-Əviv və Hayfa arasında qalıb. O, ailəsi ilə demək olar ki, bütün vaxtlarını bomba sığınacağında keçirir.

Seçilən
118
5
azreform.info

6Mənbələr