AZ

Ən yüksək maaşı onlar alır

2026-cı ildə Rusiya əmək bazarında ən yüksək maaş alan peşələr açıqlanıb.

Publika.az xəbər verir ki, TASS-ın araşdırmasına əsasən, siyahıya avtomobil boyama sənəti üzrə mütəxəssislər liderlik edir.

Məlumata görə, ixtisaslı avtomobil boya ustalarının orta aylıq əməkhaqqı 180 min rubldan (təxminən 3500 AZN) çox olub. İşəgötürənlər bu sahədə çalışan mütəxəssislərə orta hesabla 181 596 rubl ödəməyə hazırdırlar. Bu göstərici ötən illə müqayisədə təxminən 38 faiz artım deməkdir.

Analitiklər bildirirlər ki, bu peşəyə tələbatın artması avtomobil təmiri və xidmət sahəsində yüksək dəqiqlik və müasir texnologiyalara olan ehtiyacla bağlıdır. Bununla belə, əməkhaqqı səviyyəsi işçinin təcrübəsi, işlədiyi region və iş şəraitindən asılı olaraq dəyişir.

Seçilən
101
50
publika.az

10Mənbələr