AZ

Aşıq verilişlərə xanəndələrlə bağlı şərt qoydu

Aşıq Əli Tapdıqoğlu xanəndələrdən şikayət edib.

Sənətçi muğam ifaçılarının aşıq mahnısı oxumasını pisləyib.

"Gün ortası" verilişində yer alan Əli verilişlərə şərt qoyduğunu da etiraf edib:

"Müsahibə verirəm, verilişdə səsimi kəsirlər. Biz musiqiçilərin dolanışığı el şənliklərindəndir. Gedirəm, görürəm estrada oxuyandır və ya muğam ifaçısı. Məclisdə bütün aşıq mahnılarını oxuyur, sonra sözü verir mənə. Bəs mən nə oxuyum? Dəfələrlə Ədalət Şükürovla bir məclisə düşmüşük. Bizi görəndə deyib ki, aşıq mahnıları verməyin.

Etik qaydaları qorumaq lazımdır. Baxıram xanəndələrə aşıq mahnısı oxuyurlar. Barmaqla sayılacaq qədər xanəndəmiz var ki, tar-kamanı qoruyur. Gedəcəyim bütün verilişdə şərt qoymuşam ki, mən olan efirdə xanəndə aşıq mahnısı oxumasın". (Axşam.az)

Seçilən
85
6
musavat.com

7Mənbələr