“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının 1/8 final mərhələsinin “Qalatasaray”la ikinci oyununda (4:0) əzələ zədəsi alıb.
Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Salah Türkiyə komandasına qarşı oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib. O, 74-cü dəqiqədə əvəzlənib.
33 yaşlı hücumçu martın 21-də “Brayton”a qarşı keçiriləcək Premyer Liqanın 31-ci tur matçını buraxacaq.