Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
2024-ün noyabrında yaranan “Xankəndi”ni bu ilin yanvarına qədər İbrahim Uzunca çalışdırırdı. Amma yanvarın 6-da klub gözlənilməz qərar verdi – onu baş məşqçi vəzifəsindən ayırıb, olmayan akademiyanın əlaqələndiricisi təyin etdilər.Biz elə onda da belə təyinatın məqsədəuyğunluğuna şübhə ilə yanaşmışdıq. İndi isə türkiyəli mütəxəssisin adı çəkilən klubdan ayrıldığı bəlli olur.2-ci liqada mübarizə aparan “Dinamo” son üç turda protokolda baş məşqçi kimi Uzuncanı göstərib. Bu necə olur? Bir məşqçi eyni liqada iki komandada çalışır? İbrahim bəylə əlaqə saxladıq: “Bəli, mən illərlə “Bakı”da işləmişəm. İndi də o klubun varisi olan “Dinamo”nun mənə ehtiyacı oldu. Oyunlara getmirəm, vaxtım olmur. Baş məşqçi kimi adım gedir. Premyer-liqaya çıxmadan akademiya açmaq mümkün deyil. Ona görə də “Xankəndi” ilə halallaşdıq. Yaşar Seyidovla birgə çalışmışam. Vaxtım olanda onlara da kömək edirəm. Kateqoriyam olduğuna görə protokolda adım gedir. Burdan heç bir gəlir əldə etmirəm. Sadəcə, məqsədim uşaqlara kömək etməkdi. Futbolçu yetişdirməyə baxıram. İllərdi Azərbaycanda uşaq futbolçuları yetişdirirəm. Mənim uğurum budu. Allahın köməyi ilə bunu bacarmışam, bacaracam. “Xankəndi”dən ayrılmışam. “Dinamo”ya da dediyim kimi, vaxtım olanda kömək edirəm, oyunlara getmirəm”. MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.