AZ

"Neftçi" "İmişli"ni məğlub etdi

Premyer Liqanın XXV turunda "Neftçi" "İmişli" kollektivi ilə qarşılaşıb. Metbuat.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyunda ev sahibləri 6:0 hesablı qələbə qazanıb.Qolları Breno Almeyda (12), İmad Faraj (15, 50), Emil Səfərov (19, 60) və Emin Mahmudov (54) vurublar."Neftçi" 37 xalla altıncıdır. "İmişli" isə 22 xalla doqquzuncu yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" isə "Qarabağ"ı (1:0) məğlub edib.

Seçilən
70
9
metbuat.az

10Mənbələr