AZ

Azərbaycanlı iş adamının aktivləri müsadirə edilib

Ajans.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. Ş.Novruzov eyniadlı kurortun tikintisini həyata keçirən "Sipayn Resort" MMC-nin fəaliyyətinə rəhbərlik edir. İş adamının aktivləri prokurorluğun təşəbbüsü ilə kurortun tikintisi zamanı ətraf mühitə vurulduğu iddia edilən təxminən 1 milyard rubl (20,3 milyon manat) həcmində zərərin ödənilməsi məqsədilə müsadirə edilib. Məlumata görə, "Sipayn Resort" MMC-nin nizamnamə kapitalındakı 100% pay, həmçinin şirkətin əmlakı və Ş.Novruzovun şəxsi mülkiyyəti dövlətin gəlirinə keçirilib. Bu siyahıya Tuapse rayonunda torpaq sahələrində paylar, bank hesablarındakı vəsaitlər, yaşayış evi, mənzil, eləcə də VAZ, "Mercedes" və "Lexus" markalı avtomobillər daxildir.

Formal olaraq Ş.Novruzov "Sipayn Resort" MMC-nin sahibi hesab olunmur. Lakin şirkətdəki mənbələr bildiriblər ki, kurortun tikintisini faktiki olaraq məhz o idarə edir. Hazırda iş adamı Krasnodar diyarında aktivlərin əldə edilməsi zamanı dələduzluq ittihamı ilə həbsdədir.

Seçilən
56
6
Ajans.az

7Mənbələr