AZ

Gəncədə qəza - İki nəfər xəstəxanalıq oldu

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Vüsal Məmmədov və 2005-ci il təvəllüdlü Aytən Niftəliyeva xəsarət alıblar.

Onlar şəhər xəstəxanalarından birinə yerləşdiriliblər.

Hər iki yaralıya tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

"Cebheinfo.az" 

Seçilən
99
3
cebheinfo.az

4Mənbələr