İnsanların xarakterində ehtiras (libido və emosional enerji) fərqli səviyyədə olur. Bəzi insanlar daha enerjili, hisslərini açıq yaşayan və yaxınlıqda aktiv olur, bəziləri isə daha sakit və kontrolludur.
Bəs bir insanın ehtiraslı olub-olmadığını əvvəlcədən necə anlamaq olar?
Ölkə.Az medicina.az-a istinadla xüsusi araşdırmanı təqdim edir.
Ehtiras yalnız fiziki yaxınlıq istəyi deyil. Bu, emosional enerji, həyat həvəsi, yaxınlıq qurma bacarığı ilə bağlı kompleks bir xüsusiyyətdir.
1. Bədən dili çox şey deyir
Ehtiraslı insanlar adətən göz kontaktını uzun saxlayır, danışarkən daha canlı mimikalardan istifadə edir, bədənini qarşı tərəfə yönəldir.
2. Danışıq tərzi və səs tonu
Belə insanlar səsi daha yumşaq və təsirli olur, danışarkən emosiyalarını gizlətmir, sözləri ilə təsir etməyi bacarır.
3. Emosional açıq olmaq
Ehtiraslı insan hisslərini ifadə etməkdən çəkinmir, yaxınlıqdan qaçmır, münasibətdə daha “canlıdır”.
4. Enerji və həyat tərzi
Belə insanlar həyatda aktivdir,yeni şeylərə açıqdır, monotonluqdan tez sıxılır.
5. Hormonal və bioloji faktorlar
Ehtirasın səviyyəsinə təsir edən əsas amillər hormonlar (xüsusilə testosteron və estrogen), ümumi sağlamlıq vəziyyəti, yuxu və qidalanmadır.
“Sakit insanlar ehtirassız olması barədə deyilənlər doğru deyil.
Bəzi insanlar ehtirasını yalnız yaxın münasibətdə göstərir.
Stress, travmalar, özgüvən çatışmazlığı, münasibət problemləri ehtirasın azalmasına səbəb ola bilər.