AZ

Komandası lideri yendi, Renat Dadaşov isə...

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşa Ekstraklassasında 26-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun kimandası “Motor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv öz meydanında çempionatın lideri “Zaqlebie” 1:0 hesabı ilə yenib. 

“Motor”a 3 xal qazandıran yeganə qolu görüşün 52-ci dəqiqəsində Mbaye Ndiaye vurub. Dadaşov cəzalı olduğu üçün görüşü kənardan izləyib.

Son 5 turda dördüncü qələbəsini qazanan “Motor” xallarının sayını 37-ə çatdıraraq turnir cədvəlində altıncı pilləyə yüksəlib. Renatın komandası liderdən cəmi 4 xal geri qalır.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
1
fanat.az

2Mənbələr