AZ

Türkiyə 23 il əvvəl ABŞ ın təklifini niyə rədd etdi? Metyu Brayza detalları açır

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Dövlət Katibinin keçmiş köməkçi müavini Metyu Brayza İraqın işğalından 23 il sonra yeni açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

O bildirib ki, 2003-cü ildən əvvəl Türkiyə ABŞ-ı regionda müharibəyə başlamamaq barədə xəbərdar edib:

“Ankara həm ABŞ qoşunlarının ölkə ərazisindən keçməsinə icazə verməyib, həm də müharibənin qarşısını diplomatik yolla almağa çalışıb”.

Brayza deyib ki, həmin dövrdə ABŞ-ın planı Türkiyə üzərindən İraqa hücum etmək idi.

O, bu layihəyə rəhbərlik etdiyini və Türkiyənin plana razı olmadığını, əksinə, ABŞ-ı müharibədən çəkindirməyə çalışdığını gördüyünü bildirib.

Keçmiş diplomat əlavə edib ki, Türkiyənin o zamankı mövqeyi bu gün də aktualdır.

Brayzanın sözlərinə görə, Ankara bölgədə yeni müharibələrə qoşulmaq istəmir və xüsusilə İran ətrafında gərginliyin yayılmasından narahatdır:

“Türkiyə hazırda da “müharibə istəmirik” mövqeyini qoruyaraq gərginliyi azaltmağa çalışır”.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
1
globalinfo.az

2Mənbələr