2026-cı ildən etibarən Ermənistan-Türkiyə sərhədindəki “Axurik” (Türk Qarakilsəsi) keçid məntəqəsində yalnız Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbçiləri xidmət edəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan jurnalistlərə açıqlamasında belə deyib.
“Rusiya sərhədçilərinin “Axurik” sərhəd-keçid məntəqəsində xidmət etməyə davam edib-etməyəcəyi” sualına Simonyan belə cavab verib:
“2026-cı ilin əvvəlindən etibarən “Axurik” keçid məntəqəsində yalnız Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbçiləri xidmət edəcək”.
“Bu, keçid məntəqəsində ümumiyyətlə Rusiya sərhədçilərinin olmaması deməkdirmi” sualına isə Simonyan: “Keçid məntəqəsində yox” -cavabını verib.
Qeyd edək ki, əvvəllər “Axurik” sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri ilə yanaşı, Rusiya hərbçiləri xidmət edirdilər.