AZ

Damlanın marketdəki bu VİDEOsu 2 milyon İZLƏNDİ

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Müğənni Damla bu dəfə səhnədən kənar görüntüsü ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçinin marketdə alış-veriş edərkən lentə alınan videosu "TikTok" platformasında sürətlə yayılıb. Qısa zamanda viral olan görüntülər 2 milyon baxış toplayaraq geniş müzakirələrə səbəb olub.

Videoda Damlain adi alıcılar kimi marketdə məhsullara baxması və seçim etməsi əks olunub. Bu sadə görüntülər bəzi izləyicilər üçün maraqlı qarşılanıb.

Sosial şəbəkə istifadəçilərinin bir qismi müğənninin gündəlik həyatından olan bu anları səmimi hesab edərək müsbət rəy bildirib. Digərləri isə onun marketdə alış-veriş etməsinə təəccübləndiklərini gizlətməyiblər.

Qısa müddətdə geniş auditoriyaya çatan video bir daha göstərib ki, məşhurların adi həyat tərzi belə izləyicilər üçün maraq doğurmağa davam edir.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
2
news.milli.az

3Mənbələr