AZ

Səudiyyə Ərəbistanından xəbərdarlıq: Neftin qiyməti 180 dolları keçə bilər


Səudiyyə Ərəbistanı İran üzərində davam edən münaqişənin yaratdığı tədarük fasilələri 2026-cı ilin aprel ayından sonra da davam edərsə, neftin qiymətinin 180 dollardan yuxarı qalxa biləcəyi barədə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
“Brent” markalı neftin bir bareli təxminən 119 dollara, “Oman” markalı neftin bir bareli isə 166 dollardan yuxarı satılır ki, bu da enerji infrastrukturuna edilən hücumların və Hörmüz boğazından hərəkətə qoyulan məhdudiyyətlərin təsirini əks etdirir”, - nəşr yazır.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanının neft rəsmiləri belə bir qiymət artımının Ər-Riyadın gəlirlərini artıra biləcəyini, eyni zamanda qlobal enerji tələbatının azalması və iqtisadi fəaliyyətin yavaşlaması ilə bağlı ciddi narahatlıqlar doğurduğunu bildirirlər.
Seçilən
37
1
yeniavaz.com

2Mənbələr