AZ

Azərbaycandan Serbiyaya təbii qaz ixracının həcmi məlum olub

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Serbiyaya 13,2 milyon ABŞdolları dəyərində 34,7 milyon kubmetr təbii qaz (qaz halında) ixracedilib.

Trend bubarədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəriciməbləğ ifadəsində 3,5 milyon dollar və ya 20,8%, həcminə görə isə73 min kubmetr və ya 0,2% azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycandan xaricəümumilikdə 687,5 milyon ABŞ dolları dəyərində 2,292 milyard kubmetrtəbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 182,6 milyon ABŞ dolları və ya 21%,həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azdır.

Eyni zamanda bu ilin yanvar ayında cəmisi bir ölkədən – İranİslam Respublikasından Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində43,5 milyon kubmetr təbii qaz idxal edilib. Ötən ilin eyni dövründəisə yalnız Türkmənistandan Azərbaycana 6,4 milyon ABŞ dollarıdəyərində 42,6 milyon kubmetr təbii qaz idxalı qeydə alınıb.Beləliklə, illik müqayisədə Azərbaycana təbii qaz idxalı dəyərifadəsində 3,5 milyon ABŞ dolları və yaxud 2,2 dəfə azalıb, həcmbaxımından isə 894 min kubmetr və ya 2,1% artıb.

Məqalədə:
Seçilən
10
12
az.trend.az

10Mənbələr