AZ

Qanunsuz saxlanılan avtomat və tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 5 avtomat, 9 tüfəng aşkarlanıb.

Bu barədə Ölkə.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 117 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
62
49
olke.az

10Mənbələr