İran ölkədə indiyə qədər dövriyyəyə buraxılmış ən böyük olan 10 milyon riallıq əskinas çıxarıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda “Financial Times” məlumat yayıb.
“Tehran yeni 10 milyon rial əskinasını dövriyyəyə buraxır ki, bu da indiyə qədər tədavülə buraxılmış ən böyük əskinasdır. Hakimiyyət ABŞ-İsrail müharibəsi zamanı artan inflyasiyanın qarşısını almağa və nağd pula tələbatı ödəməyə çalışır”, - məlumatda bildirilir.
Təxminən 12 manat dəyərində olan yeni əskinasda Yəzddə 9-cu əsrə aid Came məscidi, arxa tərəfində isə 2500 illik Bam qalası təsvir edilib.
İran Mərkəzi Bankı qanun layihəsinin əhalinin nağd pula çıxışını təmin etmək üçün təqdim edildiyinə aydınlıq gətirib.
"Cebheinfo.az"