AZ

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş nominal meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun daha əvvəl reallaşan matçlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" "Qarabağ"ı (1:0), "Neftçi" isə "İmişli"ni (6:0) üstələyib.

Seçilən
33
2
azerbaijan-news.az

3Mənbələr