AZ

Lavrov: ABŞ Rusiyanı yalnız sərvətlərinə görə deyil, ümumiyyətlə hörmət etməlidir

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Rusiyanın maraqlarını nəzərə almalı və ölkəyə yalnız onun təbii sərvətləri prizmasından deyil, ümumi şəkildə hörmət göstərməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə mətbuatına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, amerikalılar əməkdaşlığa hazır olduqlarını bildirirlər, lakin qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi zamanı Rusiyanın maraqları da nəzərə alınmalıdır:

“Amerikalılar gəlib deyirlər ki, bizimlə əməkdaşlıq etmək istəyirlər. Əgər biz öz ərazimizdə qarşılıqlı faydalı layihələri həyata keçirməyə və amerikalılara maraqlı olan imkanları, eyni zamanda öz maraqlarımızı qorumaq şərti ilə təqdim etməyə hazırıqsa, onlar da bizim maraqlarımızı nəzərə almalıdırlar. Hələlik biz bunu görmürük. Rusiyanın sərvətlərindən kənarda da bizə hörmət edilməlidir”, – deyə Lavrov vurğulayıb.

O əlavə edib ki, ABŞ rəsmi səviyyədə “heç kimin onlara göstəriş verə bilməyəcəyini” bəyan edib. Nazir bunu beynəlxalq münasibətlərdə çərçivələrin zəifləməsi kimi qiymətləndirib: “Bu, qeyri-adi vəziyyətdir – beynəlxalq münasibətlərdə heç bir çərçivənin olmadığı dövrlərə qayıdışdır. Açıq şəkildə bildirildi ki, ABŞ-ın maraqları istənilən beynəlxalq razılaşmalardan üstün tutulur”, – deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
104
bizimyol.info

1Mənbələr