“Çelsi” baş məşqçisi Liam Roseniorla uzunmüddətli müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, “Topskills Sports UK”in məlumatına görə, yeni sözləşmə 2032-ci ilin iyununa qədər nəzərdə tutulub.
Müqavilədə klubun maliyyə maraqlarını qoruyan xüsusi bəndlər yer alıb. Belə ki, Rosenior vaxtından əvvəl istefaya göndərilərsə, qalan illərin tam maaşını almayacaq, təzminat isə 4-10 milyon funt sterlinq civarında məhdudlaşdırılacaq.
Bu addım “Çelsi”nin əvvəlki baş məşqçilərin istefasına görə 36 milyon funtdan çox təzminat ödəməsindən sonra maliyyə risklərini azaltmaq məqsədi daşıyır.