AZ

Nəriman Axundzadə “Kolambus Kryu”da ilk oyununa çıxdı

 Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-ın MLS liqasında debüt edib.

90deqiqe.Az xəbər verir ki, 21 yaşlı hücumçu "Kolambus Kryu"nun V turunda "Toronto" ilə keçirilən səfər görüşündə meydana çıxıb. O, 88-ci dəqiqədə Andre Qomeşi əvəzləyib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Axundzadə qış transfer pəncərəsində "Qarabağ"dan “Kolambus Kryu”ya keçib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
90
90deqiqe.az

1Mənbələr