AZ

Afrika kubokuna ehtiyac duymadı

Əşrəf Hakimi maraqlı qərarı ilə diqqəti cəlb edib.

"Football-plus.az" xəbər verir ki, Mərakeş yığmsının kapitanı Afrika Millətlər Kubokunun çempionu titulundan imtina edib. Onun bu haqda fikirlərini “Citi Sports” saytı paylaşıb.

Xatırladaq ki, finalda Seneqal əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlsə də, sonradan Mərakeş Futbol Federasiyasının apellyasiyası təmin olunub. Afrika Futbol Konfederasiyası Seneqala texniki məğlubiyyət (0:3) verərək Mərakeşi qalib elan edib.

PSJ-nin futbolçusu həmçinin Afrika Futbol Konfederasiyasının qərarına hörmət etdiyini, lakin qitə kubokunu qazanmadığını vurğulayıb və Seneqal yığmasını bir daha təbrik edib.

Seçilən
99
1
football-plus.az

2Mənbələr