AZ

“Bavariya” “Union Berlin”i darmadağın etdi

“Bavariya” komandası Bundesliqanın 27-ci turunda öz meydanında “Union Berlin” ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, görüşdə Münxen təmsilçisi böyük hesabla qələbə qazanıb – 4:0. Ev sahiblərinin heyətində Maykl Olise (43), Serge Qnabri (45+1, 67) və Harri Keyn (49) fərləniblər. Bu qələbə sayəsində “Bavariya” xallarını 70-ə çatdıraraq liderliyi davam etdirir.

Paralel keçən digər qarşılaşmaların ikisində çoxqollu heç-heçə qeydə alınıb. “Köln” – “Borussiya Mönxenqladbax” və “Haydenhaym” – “Bayer Leverkuzen” görüşləri 3:3 hesabı ilə başa çatıb. “Volfsburq” – “Verder Bremen” oyununda isə qonaqlar minimal hesabla qalib gəliblər – 0:1.

Günə hazırda davam edən “Borussiya Dortmund” – “Hamburq” oyunu ilə yekun vurulacaq.

Seçilən
37
3
publika.az

4Mənbələr