AZ

Almaniyada apteklər maliyyə çatışmazlığı səbəbindən tətil elan edirlər

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyada martın 23-də aptek əməkdaşlarının ümummilli etiraz aksiyası keçiriləcək.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Aif.ru yazıb.

Tətilin səbəbi kimi maliyyə çatışmazlığı və xərclərin artması göstərilir. Bu səbəbdən bir çox şəhərdə apteklər müvəqqəti bağlanacaq. Berlin, Münhen, Düsseldorf və Hannoverdə nümayişlər planlaşdırılır.

Almaniyanın Aptek Birlikləri Federal Assosiasiyasının rəhbəri Tomas Prays bildirib ki, apteklərin xidmət haqları sonuncu dəfə 10 ildən çox əvvəl artırılıb. Onun sözlərinə görə, həmin vaxtdan bəri biznesin saxlanması xərcləri ciddi şəkildə yüksəlib.

Təşkilatın məlumatına görə, 2013-cü ildən Almaniyada apteklərin təxminən beşdəbiri bağlanıb. Nəticədə dərmanların əlçatanlığı azalıb, xüsusilə də kiçik yaşayış məntəqələrində bu, daha çox hiss olunur.

Tətil zamanı növbətçi apteklər sutka ərzində işləyəcək, buna görə ölkə sakinləri tamamilə dərmansız qalmayacaq. Aptek işçiləri vətəndaşlara reseptlə verilən dərmanları əvvəlcədən almağı tövsiyə ediblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
1
cebheinfo.az

2Mənbələr