AZ

Xarabalığa çevrilmiş unikal tarixi abidə: Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti VİDEO

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Balakən rayonunun Talalar kəndində yerləşən Nur kilsəsi tarixə qovuşmaq üzrədir. Alban dövrünün erkən xristian abidələrindən hesab olunan məbədin həm restavrasiya edilməsinə, həm də tədqiq olunmasına ehtiyac var.

Tarixçi Akif Məmmədlinin sözlərinə görə, məbədin zəng qülləsi hər an aşa bilər. Əsas bina erkən orta əsrlərə aid olsa da, zəng qülləsinin IX-XI əsrlərdə əlavə edildiyi ehtimal olunur. Tikintidə yerli çaydaşı və bişmiş əhəngdən istifadə edilib.

Xarabalığa çevrilmiş unikal tarixi abidə: Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti - VİDEO

O, Baku TV-yə qeyd edib ki, 1989-1990-cı illərdə qüllə tam salamat olsa da, son 30 ildə abidənin həm zəng qülləsi, həm də əsas ibadət zalının üst hissəsi tamamilə sıradan çıxıb:

"Bu abidə bizim qədim tariximizin sübutudur. Bölgədə tariximizi saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq üçün belə sübutları qorumalıyıq. Məbədin qısa zamanda bərpa edilməsi həm milli irsimizin qorunması, həm də bölgənin turizm potensialı üçün vacibdir".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, abidənin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün əraziyə baxış keçirilib. Tikili yeni aşkar edilmiş abidə kimi qeydiyyata alınıb. Abidənin dövlət reyestrinə daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
138
5
oxu.az

6Mənbələr