AZ

Almaniyada apteklər ümummilli tətil səbəbindən bağlanacaq

Bakı. Trend:

Almaniyada apteklər martın 23-də işçilərinin ölkə miqyaslıtətili səbəbindən fəaliyyətini dayandıracaq.

Trend xəbər verirki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, tətil aksiyalarında 160 mindən çox insanıniştirakı gözlənilir. Əczaçılıq işçiləri "xroniki maliyyəçatışmazlığı"ndan narazıdırlar. Onların Berlin, Hannover,Düsseldorf və Münhen şəhərlərində nümayişlər keçirmələriplanlaşdırılır.

Alman Əczaçılıq Federal Assosiasiyasının (ABDA) rəhbəri TomasPreiss bildirib ki, ölkədə apteklərin fəaliyyəti və əhalinin dərmantəminatı ilə bağlı vəziyyət uzun müddətdir gərgin olaraq qalır.

O qeyd edib ki, əczaçılıq işçilərinin əməkhaqları sonuncu dəfə13 il əvvəl artırılıb, halbuki bu müddətdə əlavə xərclər 65%-dənçox yüksəlib.

Bildirilib ki, 2013-cü ildən bu yana Almaniyada apteklərin ümumisayının təxminən 20%-i bağlanıb.

Seçilən
63
1
az.trend.az

2Mənbələr