AZ

İrandan Azərbaycana ümumilikdə 2 921 nəfər təxliyə edilib (FOTO)

Bakı. Trend:

İrandan fevralın 28-i saat 8:00-dan martın 22-i saat 10:00-dəkAzərbaycana ümumilikdə 2 921 nəfər təxliyə olunub.

Trend xəbər verir ki, təxliyəolunanların 486 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, Çinin 722, Rusiyanın 323, Banqladeşin 198,Tacikistanın 187, Pakistanın 148, Hindistanın 142, Omanın 80,İndoneziyanın 68, İranın 53, İtaliyanın 44, Əlcəzairin 30,İspaniyanın 26, Almaniyanın 23, Kanadanın 22, Fransanın 19,Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 17,Özbəkistanın 15, Polşanın 13, İsveçrənin 13, Nigeriyanın 13,Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 11, Meksikanın 11, ABŞ11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo DemokratikRespublikasının hərəsinin 10, Braziliya, Sudanın hərəsinin 8,Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərininhərəsinin 6 vətəndaşı təxliyə edilib.

Bundan başqa, təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç,Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstanın hərəsinin 5,İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-lanka, Küveyt,Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka,Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr,Sloveniya, Myanma, Vyetnamın hərəsinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldivadaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya,Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyəolunub.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

İrandan
İrandan
İrandan
İrandan
İrandan
Seçilən
80
25
az.trend.az

10Mənbələr