AZ

Üçölçülü zaman: Reallığın yeni elmi modeli

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

Onun yanaşmasına görə, zaman da bir yox, məkan kimi üç ölçüyə malikdir. Kainat üçü zamana, üçü məkana aid olmaqla, 6 ölçülü fəzadadır. Reallıq çoxölçülü zamanın ötəri proyeksiyası kimi meydana çıxır. Alimin məqaləsinin tam versiyasını buradan oxumaq olar. Modelə görə zamanın ölçülərindən biri bizim yaxşı tanıdığımız irəliyə axan “adi” zamandır. Digəri eyni anın alternativ variantlarını daşıyır. Üçüncü zaman ölçüsü isə bu iki zaman axınının arasında keçidlərə xidmət edir. Bu modelin çərçivəsində zamanda səyahət üçün xarakterik olan “səbəb-nəticə” paradoksları aradan qalxır. Belə ki, siz məşhur paradoksdakı keçmişə qayıdıb, babanızı öldürsəniz, bu, zamanın alternativ axınında baş verəcək, sizin reallıqdakı babanız isə sağ-salamat qalacaq. Günter Kletetçka nəzəriyyəsinin yoxlanılabilən olduğunu iddia edir. Əgər belədirsə, bu model “Hər Şey Nəzəriyyəsi”nə ən yaxın namizəd sayıla bilər. Vüsal Məmmədov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
azvision.az

2Mənbələr