Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bayram günlərində “Bakı KOB evi”ndə vətəndaşlara operativ xidmətin göstərilməsini davam etdirir.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
22, 25 və 28 mart tarixlərində AYNA-nın əməkdaşları tərəfindən beynəlxalq avtomobil daşımalarını həyata keçirmək üçün daşıyıcılara "İcazə" blanklarının, həmçinin taksi va avtobuslarla müntəzəm şəhərdaxili sərnişin daşımalarını üçün "Fərqlənmə nişanı"nın verilməsi üzrə xidmət göstəriləcək.