Footbal-plus saytına istinadən ain.az xəbər verir.
“FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib."Football-plus.az" xəbər verir ki, dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.FİFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Millimiz martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19.00-da başlanacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.