AZ

Naxçıvan şəhərində yerləşən “Kəklikotu” restoranında yanğın baş verib - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420kv.m. olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın çardaq hissəsi 20kv.m. sahədə yanıb.

Restoranın işçi heyəti və müştərilər təxliyə edilib. Xəsarət alan olmayıb.

Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.

***

12:52

Naxçıvan şəhərində yerləşən “Kəklikotu” restoranında yanğın baş verib

APA xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Naxçıvan Naxçıvan
Seçilən
47
3
apa.az

5Mənbələr