AZ

Yunanıstanın baş naziri Türkiyəyə meydan oxudu

Yunanıstanla Türkiyə arasında növbəti dəfə gərginlik yaranıb. Afinanın Kepre adasına silah yığması Ankaranın narazılığına səbəb olub. Metbuat.az xəbər verir ki, Türkiyənin Yunanıstanın bu addımına etiraz etməsi Afina hökumətini qəzəbləndirib. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis qonşu dövlətin narahatlığını əsassız sayib. "Türkiyənin irəli sürdüyü iddiaların heç bir hüquqi əsası yoxdur", - baş nazir belə deyib.

Kiriakos Mitsotakis bir az da irəli gedərək Ankaranın ünvanına xoşagəlməz ifadələr səsləndirib. Türkiyə mətbuatı yunan baş nazirin mövqeyini sərt tənqid edib. Yerli KİV Mitsotakisi "həddini aşan axmaq" adlandırıb.

Seçilən
46
metbuat.az

1Mənbələr