Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan metrosunda olarkən, Qarabağdan köçdüyünü iddia edən bir qadınla mübahisə edib.
KİV-in yaydığı məlumata görə, qadın onu ermənilərin Qarabağdan köçməsinin qarşısını almamaqda ittiham edib.
Paşinyan isə qadına belə cavab verib:
“Biz sizin Qarabağda yaşamağınız üçün hər şeyi etdik və 2023-cü ildə məni insanların Qarabağdan Ermənistana getməməsi üçün sərhədləri bağlamaqda günahlandıran siz idiniz. İndi isə buraya gəlib deyirsiniz: "Geri qayıtmaq istəyirdik".
Biz Ermənistan vətəndaşlarının milyardlarla vergisini sizlərə xərclədik ki, orada qala biləsiniz. Bəs niyə qalmadınız?