AZ

Dilarə ildönümü xatırladı: Dualarımda həmişə yanımdasan

Əməkdar artist Dilarə Əliyeva mərhum Oqtay Əliyevlə bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, aktrisa ölüm ildönümünə dair yazıb:

“Bu gün sənsiz keçən 3-cü ildir...Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır. Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi...

Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan...

Xatirələrdə, dualarımda həmişə yanımdasan.

Səni unutmaq mümkün deyil. Çünki həyatımı inşa edən insan olmusan.

Ruhun şad olsun... Mən sənin üçün hər gün daha çox darıxıram...”


Telegram kanalımız
Seçilən
97
2
yenisabah.az

9Mənbələr