ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Azərbaycan millisinin "Kayzerslautern"də çıxış edən hücumçusu Mahir Emreli keçmiş baş məşqçisi, "Nürnberq"in çalışdırıcısı Miroslav Kloze ilə görüşüb.
QOL.az xəbər verir ki, 2-ci bundesliqanın 27-ci turunda "Nürnberq" - "Kayzerslautern" matçından əvvəl tərəflərin səmimi görüşü olub.
Ötən gün keçirilən oyun "Nürnberq"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli matçın 56-cı dəqiqəsində meydana daxil olub.
Xatırladaq ki, M.Emreli 2024-2025 mövsümündə "Nürnberq"də çıxış edib və 11 qol vurub.


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.