AZ

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
3
bizim.media

7Mənbələr