AZ

Finlandiya prezidenti: ABŞ daha xeyirxah hegemon deyil

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"ABŞ xarici siyasətə yanaşmasını dəyişərək xeyirxah hegemon olmaqdan çıxıb və daha gözlənilməz hala gəlib".

Oxu.Az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb "The Telegraph" nəşrinə müsahibəsində bildirib.

"Mən hesab edirəm ki, hazırda ABŞ-nin xarici siyasətində fərqlər var. Fərq ondadır ki, keçmişdə ABŞ xeyirxah hegemon kimi ilk növbədə Liviyada, İraqda və Əfqanıstanda müttəfiqləri ilə məsləhətləşirdi, həmçinin BMT Təhlükəsizlik Şurasının təsdiqini almağa çalışırdı. Əgər bu mümkün olmurdusa, müttəfiqləri ilə birlikdə hərəkət edirdi", - deyə o vurğulayıb.

Finlandiya Prezidenti qeyd edib ki, ABŞ İrana qarşı əməliyyatı İsraillə birlikdə, müttəfiqlərini əvvəlcədən xəbərdar etmədən həyata keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
3
oxu.az

8Mənbələr