17 yaşadək futbolçulardan ibarət millimizin yekun heyəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində Bolqarıstan, Litva və Malta yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
B Liqasının 2-ci qrupunda yer alan millimiz martın 24-də Bolqarıstan, 27-də Litva, 30-da isə Malta seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Bolqarıstanda keçiriləcək.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
Qapıçılar: Bilal Hacıyev, Murad Muradov
Müdafiəçilər: Kamil Həsənov, Uğur Qurbanlı, Rəşad Gülüşov, Səttar Tahirzadə, Atacan Məmmədov, Muhamməd Çodarov, İsmayıl Səfərli, Amin Rzayev
Yarımmüdafiəçilər: Raul İsaqov, Nihad Hüseynzadə, Musa Mustafayev, Əli Kiçibəyov, İbrahim Xəlilov, Samir Şərifov, Əli Bəşirov
Hücumçular: Kamal Zülfiyev, Pünhan Kərimov, Murad Həmidov
Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
24 mart. Plovdiv, “Xristo Botev” stadionu. Saat 17.00.
Litva (U-17) – Azərbaycan (U-17)
27 mart. Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi. Saat 13.00.
Azərbaycan (U-17) – Malta (U-17)
30 mart. Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi. Saat 14.00.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta