Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub.
Msport.az xəbər verir ki, yarışın son günündə milli komandamızın 3 üzvü – Camal Qamzatxanov, Kənan Nəsibov (hər ikisi +100 kq) və Mədinə Kaysinova (+78 kq) tatamiyə çıxııb.
Qamzatxanovun bürünc medal qazanmaq şansı olsa da, o, niderlandlı Yur Speyksə uduzub.
Beləliklə, komandamız yarışı 2 medalla başa vurub. Turan Bayramov (66 kq) gümüş, Hidayət Heydərov isə (73 kq) bürünc mükafata sahib olublar.