Maraqlıdı ki, həmin siyahıda ölkənin ən təcrübəli oyunçularından olan Emin Kürdovun adı yoxdu. Adı çəkilən qapıçı həm millinin, həm də yüksək liqanın aparıcı komandalarından "Araz-Naxçıvan"ın kapitanıdı.
Bəs, futzalçı toplanışa niyə dəvət olunmayıb?
Bu məqama aydınlıq gətirmək üçün Eminlə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Dəvət gəlsə, böyük məmnuniyyətlə toplanışda iştirak edərdim. Lakin baş məşqçi Yevgeni Kukseviç təxminən 10 gün əvvəl mənlə söhbətdə bu toplanışa çağırmaq istəmədiyini bildirdi və bu barədə fikrimi soruşdu. Mən də qərarın baş məşqçiyə məxsus olduğunu dedim. Söylədi ki, "Araz-Naxçıvan"ın heyətində məşq etməyimi istəyir. Apreldə daha bir toplanış olacaq. Həmin toplanışa dəvət ediləcəm".
Xatırladaq ki, yığmamız gələn ay iki yoldaşlıq oyunu keçirəcək. Komanda aprelin 9-u və 11-də Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq.
KƏNAN BAHADIR