Bakı, 23 mart, AZƏRTAC
Futbol üzrə İngiltərə Liqa Kubokunun qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında “Arsenal” və “Mançester Siti” komandaları üz-üzə gəliblər. Londonda yerləşən “Uembli” stadionunda keçirilən görüş “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə bitib.
Bununla da “Mançester Siti” tarixində doqquzuncu dəfə bu titula sahib çıxıb.