AZ

Xosep Qvardioladan mütləq rekord

“Mançester Siti” futbol komandasının baş məşqçisi Xosep Qvardiola İngiltərə futbolu tarixinə adını qızıl hərflərlə yazdırıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis Liqa Kubokunu beşinci dəfə qazanan ilk məşqçi olub. Bu tarixi uğur Londondakı “Uembli” stadionunda keçirilən final matçında “Arsenal” üzərində qazanılan 2:0 hesablı qələbə sayəsində gerçəkləşib.

Qvardiola daha əvvəl 2017/2018, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində bu kuboku başı üzərinə qaldırıb. Bu qələbə ilə o, aktivində dörd titul olan Brayan Klaf, Aleks Ferqyuson və Joze Mourinyo kimi əfsanəvi məşqçiləri qabaqlayaraq vahid liderə çevrilib.

Xatırladaq ki, ötən il bu turnirin qalibi finalda “Liverpul”u 2:1 hesabı ilə məğlub edən “Nyukasl” olmuşdu. “Mançester Siti” isə birillik fasilədən sonra yenidən İngiltərənin bu nüfuzlu mükafatını öz muzeyinə aparmağı bacarıb.

İdman.Biz
Seçilən
122
1
idman.biz

2Mənbələr