AZ

Livan İsraillə danışıqlara başlamağa hazır olduğunu açıqlayıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 23 mart, AZƏRTAC

Livan hökuməti münaqişənin həlli məqsədilə İsrail ilə ikitərəfli danışıqlara başlamaq üçün sülh təşəbbüsünə sadiq olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam “Əl-Hədət” televiziyasına müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, “Yəhudi dövləti ilə danışıqlara dair əvvəlki tabuları aradan qaldırmışıq və hazırda İsrail tərəfi ilə dialoq aparacaq nümayəndə heyətinin formalaşdırılması üzərində işləyirik”. Onun sözlərinə görə, qarşıdakı əlaqələrin gündəliyi də müzakirə olunur.

Nəvaf Salam, həmçinin təsdiqləyib ki, martın 19-da ABŞ Prezidenti Donald Trumpa müraciət edərək hərbi əməliyyatların dayandırılmasına yardım göstərilməsini xahiş edib. “Mən İsrail ilə dərhal danışıqlara hazır olduğumu bildirdim, çünki bu münaqişəyə yalnız diplomatik yolla son qoymaq olar”, – deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
2
azertag.az

3Mənbələr