Uzun və sağlam ömür üçün bəzi məhsulların müntəzəm qəbulu tövsiyə olunur. Bu məhsullar həm immun sistemini gücləndirir, həm də həyat fəaliyyətinə çox müsbət təsirlər edir.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, sözügedən məhsullar aşağıdakılardır:
1. Yaşıl tərəvəzlər – ispanaq, brokoli, kələm və digər yaşıl tərəvəzlər lif və antioksidantlarla zəngindir. Hüceyrələri qoruyur, immuniteti gücləndirir və ürək-damar sağlamlığını dəstəkləyir.
2. Qoz-fındıq və badam – sağlam yağlar və vitaminlərlə dolu olan bu qidalar ürək üçün faydalıdır, uzunömürlülük potensialını artırır və qan şəkərini tənzimləməyə kömək edir.
3. Yağlı balıqlar – somon, sardina və digər omega-3 zəngin balıqlar iltihabı azaldır, beyin və ürək sağlamlığını dəstəkləyir.
Mütəxəssislər vurğulayır ki, bu məhsulları gündəlik qidalanmaya əlavə etmək ömrü uzatmaq və sağlamlığı qorumaqda əhəmiyyətli rol oynayır.