AZ

SEPAH İranın elektrik obyektlərinə mümkün zərbələrlə bağlı xəbərdarlıq etdi

BAKI, 23 mart. TELEQRAF

“İranın elektrik stansiyaları hədəfə alınarsa, cavab olaraq qarşı tərəfin enerji infrastrukturu və bölgədəki bəzi müvafiq obyektləri vurulacaq”.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, elektrik kimi həyati infrastrukturun hədəfə alınması xəstəxanalar, xilasetmə xidmətləri və su təchizatı kimi sahələrin fəaliyyətini poza bilər və bu, qeyri-insani addım hesab olunur.

“İstənilən təhdidə cavab verməkdə qərarlıyıq”.

SEPAH gərginlik artacağı təqdirdə İranın cavabının adekvat və qəti olacağı barədə xəbərdarlıq edib.

Seçilən
86
teleqraf.com

1Mənbələr