AZ

Messi cərimə zərbələrindən vurduğu qolların sayına görə Peleni geridə qoyub

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də "Nyu-York Siti"yə qarşı keçirilən matçda (3:2) cərimə zərbəsindən vurduğu qolla dünya futbol tarixinə növbəti imzasını atıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu bununla da karyerası ərzində cərimə zərbələrindən vurduğu qolların sayını 71-ə çatdırıb.

O, əfsanəvi braziliyalı Peleni (70 qol) geridə qoyaraq, cərimə zərbələrindən ən çox qol vuran futbolçularən siyahısında ikinci pilləyə yüksəlib.

Hazırda bu siyahıda birinci yerdə 77 qolla digər braziliyalı Juninyo Pernambukano qərarlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra "İnter Mayami" 5 oyundan topladığı 10 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik "Nyu-York Siti" isə ikinci yerdədir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
4
cebheinfo.az

6Mənbələr