ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
Arteta: "Kədərli bir gündür"
"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə 0:2 hesabı ilə uduzmaqlarından danışıb.
QOL.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını deyib:
"İlk növbədə oyunçular və azarkeşlər adına kədərliyəm, çünki biz bu kuboku qazanmaq istəyirdik. Matç iki fərqli hissəyə bölündü: Brinci hissədə daha yaxşı göründük və iki əla qol şansı yaratdıq, amma yararlana bilmədik. Rəqiblərimizə də oyuna görə təşəkkür etməliyik. Kədərli bir gündür. Geridə qalan 8 yaxşı ay keçirdik. Liqa Kubokundakı nəticə məyusedicidir. Mövsümü mümkün qədər yaxşı başa vurmaq üçün bu hissi növbəti iki ayda motivasiyaya çevirməliyik".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.