AZ

Novruz Danimarkanın Taastrup şəhərində bayram ovqatı yaradıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Stokholm, 23 mart, АZƏRTAC

Danimarkada fəaliyyət göstərən Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Taastrup şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Türk dünyasının ən qədim bayramlarından biri sayılan Novruz səmimi ab-hava şəraitində baş tutan tədbirdə əsl bayram ovqatında qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 2007-ci ildən fəaliyyət göstərən Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mihriban Əliyeva çıxış edərək birlik, həmrəylik və dayanışmanın vacibliyini vurğulayıb.

Tədbirdə Danimarkanı və Türkiyəni təmsil edən qonaqlar da iştirak ediblər. Skandinaviya Türk Federasiyasının sədri Ozan Karakuş və türk diasporunun digər nümayəndələri qonaqlar arasında yer alıblar.

Müxtəlif yaş qruplarını əhatə edən tədbirdə baharın gəlişi və təbiətin oyanışı birlikdə qeyd olunub. Proqram boyu iştirakçılar arasında səmimi ünsiyyət, dostluq və ortaq mədəni dəyərlərin paylaşılması ön plana çıxıb.

Gecədə Polşadan gələn aktyor və musiqiçi Tərlan Şahbazi, həmçinin İsveçdən dəvət olunan DJ Djavid səhnədə yer alıblar. Ənənəvi musiqilərin müşayiəti ilə bayram ab-havası yaşanıb, Novruza xas olan yumurta döyüşdürmə yarışı isə böyük maraqla qarşılanıb. İştirakçılar həm əylənib, həm də mədəni bağlarını daha da möhkəmləndiriblər.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
azertag.az

1Mənbələr